Azərbaycan neft sənayesinin ilk yarandığı yerlərdən biridir. Neftin üçüncü və dördüncü əsrlərdə ticarətdə istifadə olunmasına dair sübutlar vardır. Abşeron yarmadasında neftin hasilatına dair məlumatlara Şərqdən və Qərbdən gələn səyahətçilərin əlyazmalarında rast gəlinir.
Azərbaycan neft tarixinin xronoloji sərgisi Azərbaycan neft sənayesinin qədim tarixi, senayeləşməyə qədərki dövr, ilk neft bumu, müharibədən sonrakı dövr və müasir tarixini əks etdirməklə onun ən mühüm məqamlarını göstərir. Sərgi arxiv fotoları və video materiallar vasitəsilə təqdim olunur.

